Xəbər verdiyimiz kimi, bu gün hakim Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbədənkənar iclası keçirilib. Ali qurumun iclasında sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərin siyahısı təsdiqlənib.
Yenisabah.az xəbər verir ki, iqtidar partiyasının etimad göstərərək, namizədliyini irəli sürdüyü şəxslər arasında hazırkı deputat İmamverdi İsmayılov da var.
Qeyd edək ki, sonuncu dəfə 2020-ci ildə 125 saylı Zəngilan-Qubadlı dairəsindən deputat seçilən İmamverdi İsmayılov bundan əvvəlki 6 çağırışda millət vəkili olub. Onun namizədliyinin yenidən 125 saylı Zəngilan-Qubadlı dairəsindən irəli sürüldüyü bildirilir. pizza
Aytac Şahin
Telegram kanalımız