Yapon məşqçi İspaniya üzərində qələbədən danışdı 

saytların hazırlanması

Evə çatdırılma

Yapon məşqçi İspaniya üzərində qələbədən danışdı 

İdman

02 Dekabr 2022 12:39 866


Yaponiya millisinin baş məşqçisi Hajime Moriyasu DÇ-2022-nin qrup mərhələsinin 3-cü turunda İspaniyaya qalib gəlməklə (2:1) 1/8 final mərhələsinə vəsiqə qazanmaları barədə danışıb.

Yenisabah.az xəbər verir ki, mütəxəssis FİFA-nın rəsmi saytına açıqlamasında azarkeşlərə və Yaponiya xalqına təşəkkür edib. Moriyasu bunu da bildirib ki, qarşılarına yeni hədəf kimi turnirin 1/4 finalına vəsiqə qazanmağı qoyublar: 

“Bütün azarkeşlərimizə, Yaponiya xalqına dəstəyə görə təşəkkür edirəm. Sizin sayənizdə bu çətin matçda qalib gələ bildik. Şadam ki, hamıya bu qələbəni qazandıra bildim. İndi yeni məqsədimiz 1/4 finala çıxmaqdır. Oyunçularımız dünya səhnəsində fərqli mübarizə səviyyəsini nümayiş etdirirlər. Biz 1/4 finala çıxmaqla rekordumuzu təkrarlamaq və onu yeniləmək istəyirik”. pizza hut

Qeyd edək ki, 1/8 finalda Yaponiya Xorvatiya ilə qarşılaşacaq. Oyun dekabrın 5-də keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!