“Krosa” tayfunu səbəbilə Yaponiyanın qərb rayonlarında yaşayan 570 min sakin təxliyə ediləcək.
"Yeni Sabah" xarici mediaya istinadən xəbər verir ki, hazırda tayfunun daxilində küləyin sürətinin saniyədə 35 metrə çatdığı bildirilir. Yaponiyanın qərbində gün ərzində yağıntının miqdarının 800 millimetrə çatacağı gözlənilir ki, bu da öz növbəsində torpaq sürüşmələrinə səbəb ola bilər.
Tayfunun Sikoku və Küsü adalarında yerləşən 280 min evə zərər vura biləcəyi ehtimal edilir. Dördpendirli pizza
Yapon aviaşirkətləri Tokiodan Şikoku və Küşü istiqamətində 720 reysi təxirə salmağa məcbur olub. Həmçinin qərb rayonlarında qatarların hərəkəti təxirə salınıb.
“Krosa” tayfununun gün ərzində Yapon dənizinə çataraq Hokkaydo adası istiqamətində hərəkət edəcəyi bildirilir.
Telegram kanalımız