Bu yay Yaponiyada Cinayət Məcəlləsinə onlayn mühitdə ictimai təhqirlərə görə cəzanı genişləndirən düzəliş qüvvəyə minir.
Yenisabah.az "Tehkult"a istinadla xəbər verir ki, indi internetdə təhqirə meyilli insanlar 300.000 yen (2200 dollar) qədər cərimə və ya bir il həbs cəzası ala bilərlər. Əvvəllər cəza daha təvazökar idi: cəmi 10 000 yen cərimə və 30 gün həbs.
Qanunvericiliyin sərtləşdirilməsinə səbəb internetdə təhqir və tənqid axınına dözməyən 22 yaşlı güləş ulduzu Hana Kimuranın rezonans doğuran intiharı olub. pizza hut
Araşdırmalar nəticəsində hakimiyyət artıq iki nəfəri cəzalandırıb, lakin cərimələr simvolik görünür - cəmi 9 min yen (67 dollar).
Telegram kanalımız