Yaponiya koronavirusla mübarizədə müəyyən təsiri olduğu düşünülən "Avigan" adlı dərmanı ilk mərhələdə 43 ölkəyə göndərəcək.
Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, dərmanlar ölkələrə pulsuz olaraq göndəriləcək və məhz bu səbəbə görə 80 ölkə Yaponiyaya dərman üçün müraciət edib. Bildirək ki, xarici işlər naziri Toşimitsu Moteqi daşımanın Birləşmiş Millətlər Təşkilatı vasitəsilə həyata keçiriləcəyini vurğulayıb.Nazir eyni zamanda prosesin çərşənbə günü başa çatacaq tətildən sonra həyata keçiriləcəyini də deyib. Dominos pizza
Telegram kanalımız