Yaqub Zurufçu “Qurd qapısı”nda dəfn olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Yaqub Zurufçu “Qurd qapısı”nda dəfn olunacaq

Mədəniyyət

15 Sentyabr 2021 11:14 819


Ötən gün koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçu "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Mərhum sənətkar bu gün saat 13:00-da torpağa tapşırılacaq. Sezar pizza

Qeyd edək ki, Yaqub Zurufçu dünən koronavirusdan dünyasını dəyişib.

O, 1956-cı ildə aprelin 8-də Təbriz şəhərində anadan olub. O, 15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək "Evləri var xana-xana", "De gülüm gəlsin ay nənə", "Dilbər" mahnısını ifa edib. 1989-cu ildə Gülağa Məmmədovun dəvəti, “Vətən” cəmiyyətinin köməyi ilə ilk dəfə Azərbaycana gələn müğənni 2009-cu ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" adına layiq görülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!