Yas adı ilə yalan SMS göndərənlərə məhdudiyyət qoyulmasına başlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Yas adı ilə yalan SMS göndərənlərə məhdudiyyət qoyulmasına başlanıldı

Sosial

13 Aprel 2020 16:33 623


“Yalan SMS göndərənlər xüsusi karantin rejimini pozduqlarına görə cərimələnirlər və bundan sonra da təkrarlama halları olarsa, həmin şəxslər barəsində qanunvericiliyə uyğun olaraq, digər tədbirlər görüləcək”.

Yenisabah.az xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov “Real” TV-nin efirində deyib.

Onun sözlərinə görə, son günlər təhlillərlə müəyyən olunub ki, gün ərzində 3 kodu üzrə (yaxın qohumun dəfnində iştirak) 30 minə yaxın müraciət olub: pizza

“Gün ərzində vəfat edənlərin statistikasına baxdıqda məlum olur ki, 30 min rəqəmi həddindən artıq çoxdur. Son səkkiz gün ərzində “3” kodundan sui-istifadə edən şəxsləri müəyyənləşdirmişik. Həmin şəxslərə məhdudiyyətlər tətbiq edilib. Artıq o şəxslər “3” kodundan istifadə edə bilmirlər”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!