Yasamalda 40 nəfər narkotikə görə tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Yasamalda 40 nəfər narkotikə görə tutuldu

Kriminal

24 Sentyabr 2022 13:22 1064


Yasamal rayonunda sentyabrın 1-dən bu günə qədər narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 40 nəfər saxlanılıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, ümumilikdə 40 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən 6 kiloqramdan artıq güclü təsiredici narkotik maddə heroin aşkar olunaraq gotürülüb.

Bu şəxslərdən biri - Oruc Həsənovdan 5 kiloqramdan artıq heroin aşkar edilib. pizza mizza

Faktlarla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!