Yasamalda yanğın: 30 nəfər təxliyə edildi

saytların hazırlanması

Evə çatdırılma

Yasamalda yanğın: 30 nəfər təxliyə edildi

Hadisə

30 Oktyabr 2021 09:49 1180


Bakıda yaşayış binasında yanğın olub.

Yenisabah.az FHN-ə istinadən xəbər verir ki, paytaxtın Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ərazisində (Talıblı küçəsi) çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin məlumata əsasən, yanğın nəticəsində binanın şaxtasından keçən elektrik kabelləri yanıb. Mənzillər yanğından mühafizə olunub. pizza

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən 30 nəfər bina sakini (onlardan 8-i uşaqdır) təhlükəsiz əraziyə təxliyə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!