Yaxınları Dilqəmlə Şahbazı Şuşa həbsxanasında ziyarət edə bilərlər

saytların hazırlanması

Evə çatdırılma

Yaxınları Dilqəmlə Şahbazı Şuşa həbsxanasında ziyarət edə bilərlər

Hadisə

25 Dekabr 2019 16:31 1038


Qohumları Qarabağ separatçılarının əsirliyində olan Dilqəm Əsgərov və Şahbaz Quliyevi ziyarət edə biləcəklər.

"Yeni Sabah" xəbər verir ki,  “Azadlıq Radiosu”nun erməni xidmətinin məlumatına görə, bu "humanitar aksiya" ilə bağlı danışıqlar son mərhələdədir.

Separatçı "DQR" "Xarici İşlər Nazirliyi"nin rəhbəri Mais Mayilyanın sözlərinə görə, Qarabağda girov götürülən azərbaycanlıların yaxınlarının gəlişi, həbsxanaya baş çəkməsi, habelə Azərbaycanda əsirlikdə olan ermənilərin ailə üzvləri ilə görüşünün təşkilinə dair danışıqlar aparılır. Pepperoni pizza

Hal-hazırda Dilqəm Əsgərov və Şahbaz Quliyev Qarabağda, Şuşa həbsxanasında girov saxlanılır, Ermənistan əsgərləri Arsen Baqdasaryan, Karen Qazaryan və Araik Qazaryan isə Azərbaycanın əlindədir. /virtualaz.org


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!