“Yaxşılıq etdiyi insanlar onun yasına gəlmədi”

saytların hazırlanması

Evə çatdırılma

“Yaxşılıq etdiyi insanlar onun yasına gəlmədi”

Şou

25 İyul 2023 13:18 1564


"Qastrola gedəndə evimiz üçün darıxırdım. Reyhan gəlirdi otururdu yanımda və bir söz deyərək o dəqiqə adamın ürəyini alırdı. Əvvəllər saçım çox buruq idi. Saçlarımı açırdı və müxtəlif saç düzümləri edirdi. Reyhan Müslümova gələndə mütləq şadlıq, sevinmək olurdu. Onun çox gözəl əl qabiliyyəti var idi. Yeməkləri gözəl bişirirdi". 

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Firuzə İbadova "O üz" verilişində deyib. Plastik əməliyyat zamanı cərrah masasında dünyasını dəyişən müğənni Reyhan Müslümovadan danışan İbadova bunları əlavə edib:

"Qastrola gedəndə yeməyi Reyhan bişirirdi. O nə qədər güclü olsa da, deyirdi ki, gedib əməliyyat etdirməliyəm. O, iradəsizlik etdi. Loru dillə desək Reyhan fitvaya getdi". Marqarita pizza

F.İbadova Əməkdar artist Xəyyam Nisanovun sənətə gəlməsində R.Müslümovanın əli olduğunu vurğulayıb:

"Reyhan Müslümova əslən Qubalı idi və yəhudi dilini çox gözəl bilirdi. O zamanlar Reyhan xanım müğənni Xəyyam Nisanovun evinə gedirdi. Onlarla sıx əlaqələri vardı. Xəyyamın müğənni olmasında Reyhanın çox böyük rolu oldu. Xəyyama dəstək oldu.

O, dünyasını dəyişəndə çox insan onun yas mərasiminə gəlmədi. Amma gəlmək lazım idi. Çünki Reyhan o gəlməyən insanlara çox yaxşılıqlar etmişdi. Onlara dəstək olmuşdu. O etibarsızlığa çox üzüldüm". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!