“Yazıb ki, Allah bəlanızı versin. Allah öz bəlanı versin!”   - Video

saytların hazırlanması

Evə çatdırılma

“Yazıb ki, Allah bəlanızı versin. Allah öz bəlanı versin!” - Video

Şou

11 İyul 2023 13:43 977


Tanınmış teleaparıcı Elgiz Əkbər pul almaq üçün məşhur insanların səhifələrinə üz tutan çoxsaylı dələduzlar olduğunu bildirib. 

Yenisabah.az xəbər verir ki, o, bu haqda aparıcısı olduğu "Elgizlə İzlə" proqramında danışıb. Verilişə övladının müalicəsi üçün gələn qadına müraciət edən Elgiz bildirib ki, bəziləri uşağını əlində bayraq edərək insanlardan pul qoparmağa, borclarını bağlamağa çalışır: 

"Sən sonra aliment də ala bilərsən, vəkil də tuta bilərsən onlar düzələn işlərdir, əsas olan sənin balanın vəziyyətidir.  Bəziləri uşağını əlində rəhbər tutub gəlir ki, pul yığsın, qoysun cibinə, getsin borcunu bağlasın.  Bilirsiniz, belələri nə qədərdir?!   Pepperoni pizza

Onların əlindən sosial şəbəkələrdə nə şəkil, nə video payalaşa bilirik. Bəzən uşağının şəkillərini paylaşıb yeməyə, yardıma ehtiyacı olduğunu yazır. Dalbadal bəlkə də 160 şərh yazır.  Çoxunu araşdıranda isə görürsən ki, elə deyil. 

Hazırda belələri ordu halında fəaliyyət göstərirlər. Bütün tanınmış insanların səhiflərinə çöküblər. Bəziləri daha da irəli gedir, şərhinə reaksiya vermirsən, yazır ki, "Allah bəlanızı versin". Allah öz bəlanı versin!

Bəzən bunları danışdığıma görə də sonradan peşman oluram, amma ürəyim partlayır axı! Məgər yardıma ehtiyacı olan tək sənsən?! Bu bir, ikincisi, dələduz olmadığını haradan bilim?!" 

Elgiz daha sonra pandemiya dönəmində başlarına gələn hadisəni izləyiciləri ilə bölüşüb:

"Biz burada nələr gördük... Pandemiya dövründə insanların kartından pul oğurlayan şəxs var idi. Nə qədər xəstənin pulunu yedi. Sonra resept göndərib deyir ki "qurban olum mənə kömək edin, dərmanları ala bilmirəm, anam əldən gedir, 450 manat pul lazımdır". Sözün düzü, ona yazığım gəldi. Dedim ki, resepti də götür, gəl kanala. Üstündən 15 dəqiqə keçdikdən sonra yığıb dedi ki, mənim adamım gəlir həmin 450 manatı düşürün aşağı ona verin, mənə çatdırsın". 

Gülxanım ƏLİYEVA 

Həmin görüntüləri təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!