YDM-də huşunu itirən kişini soydular

saytların hazırlanması

Evə çatdırılma

YDM-də huşunu itirən kişini soydular

Hadisə

22 Yanvar 2026 21:06 817


Bakıda yanacaq doldurma məntəqəsində (YDM) huşunu itirən kişi soyğunçuluğa məruz qalıb.

"Yeni Sabah" Teleqraf.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

Epilepsiya xəstəsi olan 62 yaşlı Şahlar Şıxməmmədov idarə etdiyi “AzSamand” markalı avtomobillə "Şamaxinka"dakı YDM məntəqəsində olarkən huşunu itirərək yerə yıxılıb. O, YDM-nin əməkdaşları və sürücülərin köməkliyi ilə Binəqədi Tİbb Mərkəzinə yerləşdirilib. Xəstəxanada özünə gələn Şahlar Şıxməmmədov müəyyən edib ki, onun üzərində olan telefon və 930 manat pulunu oğurlayıblar. Dominos pizza

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsində araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!