Yəməndə hərbi bazaya hava zərbəsi endirildi: Onlarla insan öldü

saytların hazırlanması

Evə çatdırılma

Yəməndə hərbi bazaya hava zərbəsi endirildi: Onlarla insan öldü

Dünya

29 Avqust 2021 13:43 912


Yəmənin cənubundakı Lahc əyalətindəki ən böyük hərbi hava bazası "El Anad"a endirilən hava zərbələri nəticəsində azı 30hərbçi ölüb, 60-dan çox adam yaralanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi ölkənin silahlı qüvvələrinin nümayəndəsinə istinadən məlumat yayıb.

"France-Presse" agentliyinin Yəmən Silahlı Qüvvələrinin nümayəndəsinə istinadən verdiyi məlumata görə, hava hücumlarının arxasında husi üsyançılarının dayandığı güman edilir. pizza sifarişi

"El Anad" bazası ölkənin müvəqqəti paytaxtı hesab edilən Aden liman şəhərindən 60 km şimalda yerləşir.

Yəməndə 2014 -cü ilin avqustundan bəri hökumət qüvvələri ilə husilər arasında qarşıdurma davam edir.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!