Yeni açılan restoranın işçisi cərimələndi -   Jurnalistin mikrofonunu vurmuşdu

saytların hazırlanması

Evə çatdırılma

Yeni açılan restoranın işçisi cərimələndi - Jurnalistin mikrofonunu vurmuşdu

Kriminal

10 Avqust 2025 14:50 1032


“Uğur Ocağı” restoranında jurnalistə hücum etməkdə ittiham olunan xanım işçi cərimələnib.

Yenisabah.az xəbər verir ki, Xırdalanda yeni istifadəyə verilən “Uğur Ocağı” restoranında səsgücləndiricilər vasitəsi ilə gecə saatlarınadək musiqi səsləndirilirmiş.

Sakinlər çoxsaylı şikayətlərdən sonra “Xəzər TV”yə çəkiliş üçün müraciət ediblər. Restoranda kassir işləyən 1990-cı il təvəllüdlü Zülfiyyə Bağırova çəkilişə mane olmaq istəyib. Bu zaman peşə fəaliyyətini yerinə yetirən jurnalistin mikrofonunu vuraraq yerə salıb. pizza mizza

Z.Bağırova bildirib ki, jurnalistin mikrofonunu məqsədli şəkildə yerə salmayıb. Deyib ki, jurnalistin onu çəkməsinə etiraz edib: 

“Mən etiraz etsəm də, çəkməyə davam edirdi. Mən çölə çıxmaq istəyəndə arxamca gəlirdi. Geri dönəndə bilmədən əlim dəydi”.

Məhkəmənin qərarı ilə Zülfiyyə Bağırova xırda xuliqanlıq əməli törətməkdə təqsirli bilinərək 50 manat cərimə edilib.//Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!