Gürcüstanın daxili işlər naziri Giorgi Qaxaria ölkənin baş naziri təyin olunub.
"Yeni Sabah" xəbər verir ki, bu barədə hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının baş qərargahında keçirilən brifinqdə bildirilib.
G.Qaxaria 2016-2017-ci illərdə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri vəzifəsində işləyib. O, bundan öncə iqtisadi şuraya rəhbərlik edib və biznes ombudsmanı olub. Dominos pizza
G.Qaxaria 2017-ci ilin noyabrın 13-dən Gürcüstanın daxili işlər naziri vəzifəsini tutub. O, həmçinin Milli Təhlükəsizlik Şurasının katibidir.
Gürcüstanın daxili işlər, həmçinin müdafiə naziri vəzifələrinə də yeni təyinat olub.
Vaxtanq Qomelauri daxili işlər naziri, İrakli Qaribaşvili isə müdafiə naziri vəzifəsinə təyin olunub.
V.Qomelauri əvvəllər Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, İ.Qaribaşvili isə hakim Gürcü Arzusu Partiyasının siyasi katibi vəzifəsində işləyib.

/Report
Telegram kanalımız