Yeni iddia: Əsəd zəhərlənib

saytların hazırlanması

Evə çatdırılma

Yeni iddia: Əsəd zəhərlənib

Dünya

02 Yanvar 2025 13:55 520


Britaniyanın “The Sun” tabloidi Rusiyaya sığınan Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həyatına cəhd edildiyini iddia edib.

Yenisabah.az xəbər verir ki, 59 yaşlı qaçaq dövlət başçısına evdə kömək göstərilib.

Dekabrın 30-da Əsədin öskürməyə və boğulmağa başladığı iddia edilir. Yoxlamalar zamanı zəhərlənmə aşkarlanıb. pizza sifarişi

Bu məlumat nə rəsmi, nə də qeyri-rəsmi təsdiqini tapıb.

Bundan əvvəl Suriyanın keçmiş lideri Əsma Əsədin xərçəng xəstəliyindən əziyyət çəkdiyi, ərindən boşanaraq doğma olduğu Londona köçmək niyyətində olduğu bildirilirdi.

Rusiyanın rəsmi mənbələri bu məlumatı təkzib edib.

Bununla bərabər, Britaniya mediası daha sonra Əsmanın Britaniya sənədlərinin köhnəldiyi üçün Böyük Britaniyaya girişinə rəsmi icazə verilmədiyini bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!