Yeni nazir icra başçısının yerinə təyinat etdi  - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Yeni nazir icra başçısının yerinə təyinat etdi  - FOTO

Sosial

12 Mart 2025 16:41 8725


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəis müavini təyin edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmr imzalayıb.

Nazirin əmri ilə Rəhimov Azər Eldar oğlu Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəis müavini təyin olunub. O bundan əvvəl DOST Agentliyinin Hüquq departamentinin müdiri vəzifəsini tutub.  pizza

Qeyd edək ki, bundan əvvəl Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəis müavini Orxan Hüseynzadə idi. O, ötən ilin noyabr ayında Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!