İran parlamenti prezident İbrahim Rəisi administrasiyasının üzvlərini təsdiqləyib.
Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, yalnız təhsil naziri vəzifəsinə namizədliyi irəli sürülən Hüseyn Bağqoli millət vəkillərinin etimad səsini ala bilməyib.
İranın yeni xarici işlər naziri Hüseyn Əmir Abdullahian isə ilk tviti ilə fəaliyyətinin əsas istiqamətini qeyd edib. Dominos pizza
Nazir "Tvitter"dəki şəxsi hesabında yazıb:
"İslami Şura Məclisindən etimad səsi alaraq xarici siyasət və beynəlxalq əlaqələr sahəsində böyük İran millətini təmsil etməkdən şərəf duyuram. Ləyaqət, müdriklik və məqsədəuyğunluq prinsiplərinə əsaslanan balanslaşdırılmış, dinamik və ağıllı bir xarici siyasət yürütmək əzmindəyəm. Qonşular və Asiya birinci prioritetdir.
Hüseyn Əmir Abdullahianın namizədliyi səsə qoyularkən 270 lehinə, 10 əleyhinə və 6 bitərəf olub.
Telegram kanalımız