Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə yekun vuruldu

saytların hazırlanması

Evə çatdırılma

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə yekun vuruldu

İdman

16 Yanvar 2022 21:11 1135


Cüdo üzrə 18 yaşadək yeniyetmələrin Azərbaycan birinciliyində üçüncü – son günün yarışları keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb. 

Məlumata görə, bu gün oğlanlar arasında 55 (61 nəfər), 73 (44 nəfər), +90 (24 nəfər), qızlar arasında isə 44 (7 nəfər), 57 (10 nəfər), +70 (5 nəfər) kiloqram çəki dərəcələrində yarışlar keçirilib. pizza

Yekun nəticələrə görə, Xumar Qasımzadə (44 kq), Telli Atazadə (57 kq), Nigar Süleymanova (70 kq) qızlar arasında keçirilən yarışlarda yüksək nəticə əldə edərək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar. Fikrət Nəcəfov (55 kq), Süleyman Əliyev (73 kq), Ramazan Əhmədov (+90 kq) isə oğlanların yarışında Azərbaycan birinciliyinin qalibi olublar.

Ümumi komanda hesabında Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi birinci yeri tutub. “Neftçi” idman klubu ikinci, Təhsil Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin komandası üçüncü yerə sahib olublar.

Bununla da yeniyetmələrin Azərbaycan birinciliyinə yekun vurulub.

Xatırladaq ki, birincilikdə ümumilikdə, 514 idmançı (439 oğlan, 75 qız) medallar uğrunda mübarizə aparıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!