Yer Kürəsinin ən şimal adası tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Yer Kürəsinin ən şimal adası tapıldı

Dünya

31 Avqust 2021 01:56 1433


Kopenhagen universitetinin bir qrup alimi ekspedisiya zamanı naməlum ada aşkar ediblər.

Yenisabah.az xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.

Adanın Yer Kürəsinin ən şimal nöqtəsində yerləşdiyi məlum olub. Pepperoni pizza

“Biz qarşımızda yeni ada axtarışını məqsəd qoymamışdıq. Nümunələrə toplamaq üçün ekspedisiyaya çıxmışdıq”, – deyə alimlərdən biri Morten Raş bildirib.

Belə ki, ekspedisiya qrupu əvvəlcə 1978-ci ildə kəşf edilmiş Oodaak adasına gəldiklərini düşünsə də, sonradan məlum olub ki, alimlər həmin məkandan 780 metr şimal-qərbdəki adaya yerləşiblər.

Həmin adaya “Kekertak Avvannarleq” adı verilib. Qrenlandiya dilindən tərcümədə “Ən şimaldakı ada” mənasını verir. Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!