Xəbər verdiyimiz kimi, İngiltərə Premyer Liqasında dünən gecə keçirilən "Tottenhem" - "Çelsi" matçında Antonio Rudigerə qarşı azarkeşlər tərəfindən irqçi şüarlar səsləndirilib.
Ümumiyyətlə, son zamanlar bu cür halların İtaliya və İngiltərə kimi böyük Avropa ölkələrində baş verməsi təəccüb doğurur. Həmin ölkələrdə afrikalı futbolçuları meymuna bənzədərək onlara təhqiramiz hərəkətlər edib, bana atırlar. İrqçilik hallarının qarşısının alınması üçün konkret, cəzbedici və həlledici ideyalar irəli sürülmür və nəticə etibarı ilə qaradərili futbolçulara onların oyun səviyyəsinə görə yox, dərilərinin rənglərinə uyğun qiymət verilir. Bu da çoxları tərəfindən haqlı iradlara səbəb olur. Futbolçuların özündə də psixoloji basqılar çoxalır və onlara təsir edir.
Bəs görəsən, özlərinin mədəniyyətin beşiyi adlandıran Avropada bu kimi halların çoxalmasının səbəbi nədir? Onlarda afrikalılara qarşı hələ də davam edən bu nifrət, aqressiya nədən qaynaqlanır? Marqarita pizza
Bu suallarımızı sosioloq Əhməd Qəşəmoğlu cavablandırıb. Ekspert "Yeni Sabah"a açıqlamasında irqçilik hallarının çoxalmasının səbəbi kimi sivizilizasiyaların qarşı-qarşıya qoyulmasını göstərib:
"İngiltərədir, İtaliyadır... Bu ölkələrdə son 10 illiklərdə xoşagəlməz hadisələr baş verir. 90-cillərin əvvəllərində sosioloq, siyasətçi Samuel Handikton ortaya belə bir nəzəriyə qoydu ki, sivilizasiyalar mütləq toqquşmalıdır, bu, tarixi zərurətdir. Handiktonun nəzəriyyəsi meydana gəldikdən sonra yer üzündə böyük gərginlik yaşanmağa başladı. Siyasətçilərin beynində xoşagəlməz çeviriliş yarandı. Həmin ideyanın nəticəsi olaraq, ən çox müsəlman və Afrika ölkələrinə qarşı siyasət dəyişdi. Beləliklə də, həmin ölkələrdə xoşagəlməz hadisələr tüğyan etdi.
Eyni zamanda bu ideya yad sivilizasiyaya qarşı xoşagəlməz siyasəti və yad münasibəti dəstəklədi. 1994-cü ildə Qahirədə BMT-nin samitti keçirildi. Orada əhalinin inkişafının tənzimləməsi yolunda fəaliyyət proqramı qəbul edildi. Bu üzdə olan maarifləndirmə siyasəti idi. Amma arxa planda digər güc ölkələri "başqa siviliziasiyalara qarşı olanlara qarşı" kimi fərqli siyasət həyata keçirmək haqqında düşündülər.
Alman professoru mənim yanımda demişdi ki, axı bizim Avropanın Ərəbistanda nə işi vardı ki, ərəb miqrantları gəlib Almaniyanı ucaltsın? Yəni, sivilizasiyaların toqquşaması və insan artımın qarşısını almaq üçün həyata keçirilən səhv siyasət nəticəsində Afrika və müsəlman ölkələrində gərginliklər yarandı. Müharibə ocaqlarının da qeyd etdiyim yerlərdə olması təsadüfi deyil. Həmin ölkələrdən olanlara qarşı da yad münasibət sərgilənməyə başladı".
Ə.Qəşəmoğlu bu barədə maraqlı faktlar səsləndirib. O bildirib ki, irqçilik hallarının qarşısının alınması üçün böyük güc dövlətləri və beynəlxalq təşkilatlar effektiv ideya irəli sürməlidir:
"Yaxşı bir futbolçu öz ölkəsinə hörmət qazandıra bilər. İdmançıların özləri qarşı tərəfdə simpatiya oyatmaq üçün də çalışmalıdır. Lakin bu onu istəməyən qüvvələrin senarisinə uyğun deyil. Həmin şəxslər elə şərait yaradırlar ki, futbolçulara qarşı irqçilik halları yaşanır.
Bunun qarşısını almaq üçün Handiktonun ideyasına qarşı bir ideya irəli sürmək lazımdır. Elə etmək lazımdır ki, həmin ideya dağıdıcı olmasın. Çünki bütün bunların gedişi göstərir ki, yer üzünü böyük bəla gözləyir. Bu, qarşıdurmanın qarşısını almaq lazımdır. Amerika kimi ölkələr və BMT kimi təşkilatlar səviyyəsində bu sahə üzrə işlər görülməlidir. Təəssüflər olsun ki, yüksək güc mərkəzlərində həmin irqçilik halları ilə bağlı böyük enerji sərf edilmir, işlər görülmür".
Naibə Məmmədova
Telegram kanalımız