Yerə yenidən maqnit fırtınaları təsir göstərəcək

saytların hazırlanması

Evə çatdırılma

Yerə yenidən maqnit fırtınaları təsir göstərəcək

Dünya

31 Oktyabr 2024 08:13 494


Günəşdəki qaranlıq ləkələrin səbəb olacağı günəş püskürməsi səbəbindən 30 oktyabr - 1 noyabr tarixlərində Yerə yeni maqnit fırtınaları təsir edəcək.

Oxu.Az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.

Məlumata görə, hazırda Günəşdəki əsas aktiv zonalar günəş diskinin mərkəzinə yaxın müşahidə olunur və artıq Yerə birbaşa təsir zonasına çıxıblar. Alimlərin məlumatına görə, yerləşmə təhlükəlidir. Buna baxmayaraq, əhəmiyyətli enerji çatışmazlığı qeydə alınır. Yəni maqnit fırtınalarının güclü olmayacağı ehtimalı yüksəkdir. Marqarita pizza

Günəşdə bir aydan çox mövcud olan qaranlıq ləkələr, böyük ehtimalla dağılma mərhələsindədir. Lakin ləkələr qrupunun qlobal konfiqurasiyası ən yüksək kateqoriyaya - Beta-Gamma-Delta-ya aiddir. Bununla belə, günəş püskürməsinin baş verməyəcəyi ehtimalı da var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!