Yerevanda Paşinyan əleyhinə aksiyada 25 nəfər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Yerevanda Paşinyan əleyhinə aksiyada 25 nəfər saxlanıldı

Dünya

23 Fevral 2021 12:41 679


Yerevanda hökumət binasının ətrafına, eləcə də mərkəzi Respublika meydanına çoxlu sayda xüsusi təyinatlı polis cəlb edilib.

Yenisabah.az xəbər verir ki, buna səbəb müxalifətin növbəti mitinq keçirməsidir.

"Daşnaksutyun" partiyasının təşəbbüsü ilə etirazçılar baş nazir Nikol Paşinyanın hökumət binasına daxil olmasına mane olmağa çalışıblar.  Dominos pizza

Erməni mediasının yaydığı məlumata görə, Paşinyan əleyhinə keçirilən kütləvi etiraz aksiyasında artıq 25 nəfər saxlanılıb. (Trend)

Xatırladaq ki, fevralın 20-dən etibarən müxalifət N.Paşinyanın istefası tələbi ilə fasiləsiz aksiyalar elan edib. Hazırda aksiyalar hökumət binasının qarşısında və mərkəzi meydanda davam edir. Aksiya iştirakçıları "satqın Nikol" kimi şüralar səsləndirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!