Yevda Abramovla vida mərasimi keçirilir

saytların hazırlanması

Evə çatdırılma

Yevda Abramovla vida mərasimi keçirilir

Rəsmi

08 Dekabr 2019 08:54 1196


Qubada Milli Məclisin deputatı Yevda Abramovla vida mərasimi keçirilir.

“Yeni Sabah” xəbər verir ki, Qubanın Bəşir Səfəroğlu adına Mədəniyyət Evində keçirilən vida mərasiminə paytaxtdan və respublikanın bölgələrindən dövlət və ictimai xadimlər gəlib.

Mərasimdən sonra mərhum Qırmızı Qəsəbə ərazisində yerləşən dağ yəhudilərinin dəfn edildiyi qəbirstanlıqda torpağa tapşırılacaq. Xatırladaq ki, deputat dekabrın 6-da 71 yaşında dünyasını dəyişib. Dominos pizza

Millət vəkili bir müddət öncə xəstəliyi ilə əlaqədar Mərkəzi Klinik Xəstəxanada müalicə olunurdu.

Qeyd edək ki, Yevda Abramov Milli Məclisin İnsan hüquqları komitəsinin sədrinin müavini idi.

Allah rəhmət eləsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!