Yevlaxda 15 min tələb edən “reket jurnalist“lər tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Yevlaxda 15 min tələb edən “reket jurnalist“lər tutuldu

Kriminal

25 Fevral 2022 10:52 545


Yevlax Rayon Polis Şöbəsinə fevralın 14-də özünü jurnalist kimi təqdim edən Sənan adlı şəxsin şəhər sakini R.Məmmədova hədə-qorxu gələrək 15.000 manat tələb etməsi barədə müraciət daxil olub. 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Yenisabah.az-a verilən məlumatda bildirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən rayon sakinləri – “Kanal S.az” internet portalının təsisçisi Sənan Ələkbərov və Teymur Rüstəmov müəyyən edilərək saxlanılıblar. Dördpendirli pizza

Araşdırmalarla onların fevralın 16-da Yevlax şəhər sakinləri E.Misirxanovaya və G.Süleymanovaya hədə-qorxu gəlməklə ümumilikdə 6.000 manat tələb etmələri də müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanıb.

Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!