Yevlaxda anım mərasimi keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Yevlaxda anım mərasimi keçirildi

Rəsmi

13 Dekabr 2019 09:46 1129


Heydər Əliyevin vəfatının on altıncı ildönümü ilə əlaqədar dekabrın 12-də Yevlax şəhərində anım mərasimi keçirilib.

Rayon sakinləri şəhərin baş meydanında Heydər Əliyevin abidəsini ziyarət ediblər. Həmçinin ehsan süfrəsi açılıb. Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev dünya şöhrətli siyasətçi Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz üçün gördüyü böyük işlərdən danışıb. 

Bildirib ki, ölkəmiz üçün kifayət qədər mürəkkəb sayılan taleyüklü bir dönəmdə xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirən, müasir Azərbaycanın memarı olan ulu öndər Heydər Əliyev bəşəriyyətin yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biri kimi tarixdə silinməz iz qoyub. “Heydər Əliyev elə düha idi ki, bütöv bir xalqın taleyi məhz onun fəaliyyəti, cəsarəti, mübarizəsi, nurlu əməlləri ilə həll edilirdi. Pepperoni pizza

Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən böyük öndər Heydər Əliyev hər zaman minnətdarlıqla xatırlanacaq”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!