Yevlaxda azyaşlının polis tərəfindən döyülməsi ilə bağlı prokurorluqdan açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Yevlaxda azyaşlının polis tərəfindən döyülməsi ilə bağlı prokurorluqdan açıqlama

Kriminal

21 Sentyabr 2022 19:48 1080


Yevlax rayonunda iki məktəbli dalaşıb. Oxu.Az-ın məlumatına görə, rayonda birinci sinifdə təhsil alan iki uşaq mübahisə edib. Nəticədə onlar dalaşıblar.  

Bundan sonra uşaqların valideynlərindən biri digər şagirdə şiddət göstərib.

Qeyd edək ki, şiddət göstərən şəxs Yevlax Rayon Polis Şöbəsinin tədqiqatçısı Vüsal Hüseynovdur. pizza mizza

Daxili İşlər Nazirliyindən Yevlax rayonunda iki məktəblinin dalaşması hadisəsinə münasibət bildirilib. Bildirilib ki, Yevlax rayonunda yaşayan bir nəfər Rayon Polis Şöbəsinə müraciət edərək azyaşlı oğlunun sinif yoldaşı tərəfindən döyülməsi barədə müraciət edib:

“Rayon sakini olan qarşı tərəf də azyaşlı övladının həmin uşağın polis əməkdaşı olan valideyni tərəfindən döyülməsi barədə müraciət edib. Qeyd edilən müraciətlərlə əlaqədar müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir. Araşdırmaların yekunu barədə əlavə məlumat veriləcək”.

Məsələ prokurorluqda da araşdırılır. Baş Prokurorluğun Mətbuat Xidmətindən “Yeni Sabah”a bildirilib ki, Yevlax şəhəri S.Əliyev adına 1 saylı tam orta məktəbin 4-cü sinif şagirdi Emil Əliyevə (şərti ad və soyad) Yevlax RPŞ-nin təhqiqatçısı, polis kapitanı Vüsal Hüseynov tərəfindən xidmətdən kənar vaxtda fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Yevlax rayon prokurorluğunda araşdırma başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!