Yevlaxda dəm qazından zəhərlənən ailənin son durumu açıqlanıb.
Yevlax Rayon Mərkəzi Xəstəxanasından “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 22-də saat 06:10 radələrində 4 nəfər şəxs (3-ü kişi və 1-i qadın) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara dəm qazından zəhərlənmə diaqnozu təyin edilib. Dördpendirli pizza
Pasiyentlərdən 2005-ci il və 1987-ci il təvəllüdlü şəxsləri vəziyyətləri qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar. 1982-ci il və 2007-ci il təvəllüdlü şəxslər isə Reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda vəziyyətləri ağır olaraq qiymətləndirilir.
Aytac Əliyeva
***
08:55
Yevlax şəhərində beş nəfər dəm qazından zəhərlənib.
“Yeni Sabah” Oxu.Az-a istinadla bildirir zəhərlənən şəxslərdən 1959-cu il təvəllüdlü Məhəmməd İsmayılov vəfat edib.
Digər dörd nəfərin müalicəsi xəstəxanada davam etdirilir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Telegram kanalımız