Yevlaxda oğurluq edən keçmiş məhkum saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Yevlaxda oğurluq edən keçmiş məhkum saxlanıldı

Kriminal

11 May 2022 14:12 296


Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayon ərazisindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Xəyal Əhmədov saxlanılıb. Araşdırmalarla onun 100 min rubl, 500 ABŞ dolları və 150 manat pul oğurladığı müəyyən edilib.

Faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb və X.Əhmədovun digər cinayətlərdə də iştirakının olub-olmaması istiqamətində araşdırmalar davam etdirilir. Dominos pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!