Yevlax rayonunda ölüm və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yenisabah.az xəbər verir ki, qəza aeroport yolunda qeydə alınıb.
"VAZ-21011" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə, sürücü və avtomobildə sərnişinlər - sürücünün xanımı və övladı xəsarət alıblar. Avtomobildə olan digər övladı - 2022-ci il təvəllüdlü A.Bəkirov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Dördpendirli pizza
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız