Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi - FOTO

Sosial

20 Mart 2025 21:34 580


Bakı sakini Faiq İmanovun başına kuryoz hadisə gəlib.

Bakupost.az xəbər verir ki, avtomobilini idarə etmədiyi halda ona cərimə yazılıb. Cəriməni araşdırarkən məlum olub ki, o, Salyan rayonu, Xalac kəndi ərazisində sürət həddini aşdığı üçün cərimələnib. Lakin vətəndaş həmin gün Bakıda olduğunu bildirib:

“Bakıda evdə bayram qeyd edirdik, bizim Salyanda nə işimiz var? Sonra SMS-radara baxanda məlum oldu ki, cərimə yazılan avtomobil Yol Patrul Xidməti (YPX) avtomobilidir. Sadəcə nömrə nişanları oxşardır. Mənim avtomobilimin nömrə nişanı 99 XP 939-dur. Radara düşən avtomobil isə 99 YP 939”. Dominos pizza

Şikayətçi bildirib ki, üçüncü dəfədir ki, nömrə oxşarlığı səbəbindən ona səhvən cərimə yazılır: “Məsələ ilə bağlı 102, 902-yə

dəfələrlə zəng etmişəm. Amma həmin cərimələri sildirə bilməmişəm”.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, fakt təsdiqlənərsə, vətəndaşa yazılan cərimə ləğv olunacaq.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!