Yol tikintisinə 4,1 milyon manat ayrıldı - SƏRƏNCAM

saytların hazırlanması

Evə çatdırılma

Yol tikintisinə 4,1 milyon manat ayrıldı - SƏRƏNCAM

Sosial

10 İyun 2020 12:18 604


Prezident İlham Əliyev Qobustan rayonunun Bakı-Şamaxı-Yevlax (88 km)-Ərəbqədim-Göydərə avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

Yenisabah.az bildirir ki, sərəncama əsasən, iki min nəfər əhalinin yaşadığı iki yaşayış məntəqəsini birləşdirən Bakı-Şamaxı-Yevlax (88 km)-Ərəbqədim-Göydərə avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!