Yola təkər diyirlədib video çəkənlər tutuldu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Yola təkər diyirlədib video çəkənlər tutuldu - Fotolar

Hadisə

05 Oktyabr 2023 09:14 6430


Sosial şəbəkələrdə “ölüm oyunu” adı ilə paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində təpəlikdən kənar dairəvi yola təkər atılmasını əks etdirən görüntülər araşdırılıb.

“Yeni Sabah” xəbər verir ki, bu haqda DİN-in mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev məlumat yayıb.

O, bildirib ki, polis əməkdaşları tərəfindən hərəkət iştirakçılarının həyatına və əmlakına real təhlükə yaradan şəxslər müəyyən ediliblər.  Dördpendirli pizza

Həmin əməli törədən şəxslər – 2006-cı il təvəllüdlü Həsənov Sədrəddin və 2007-ci il təvəllüdlü Hüseynli Pünhan saxlanılaraq polis orqanına gətiriliblər.

Faktla bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq ictimai təhlükəli əmələ hüquqi qiymət veriləcək.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!