Yoqa etmək istədi, ölümdən döndü

saytların hazırlanması

Evə çatdırılma

Yoqa etmək istədi, ölümdən döndü

Dünya

29 Avqust 2019 09:28 961


Meksikada maraqlı hadisə yaşanıb. 

“Yeni Sabah” Türkiyə mediasına istinadən xəbər verir ki, Meksikada yaşayan 23 yaşındakı Aleksa Terrazas adlı qadın, altıncı mərtəbədəki evinin eyvanında yoqa hərəkətləri etməyə başlayıb. Dizi ilə eyvanın dəmir hissəsində müvazinətini qorumağa çalışan qadın bunu sona qədər bacara bilməyib. 24 metr hündürlükdən yerə yıxılan Terrazas möcüzə nəticəsində sağ qalıb.

Xəbərdə bildirilib ki, 11 saatlıq çətin əməliyyatdan sonra qol, ayaq, döş qəfəsi və başındakı çoxsayılı sınıqlara baxmayaraq 23 yaşlı qadın həyatda qalıb. Həkimlər onun 3 il yeriyə bilməyəcəyini açıqlayıb.  Dördpendirli pizza

Qeyd edək ki, qadının bu hərəkəti internetdə video çəkərək məşhur olmaq üçün etdiyi deyilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!