Bu gün - sentyabrın 3-ü görkəmli teatr və kino aktyoru, Xalq artisti Yaşar Nurinin doğum günüdür.
Yaşasaydı sənətkarın 70 yaşı tamam olacaqdı.
Sənətkarın xanımı Rəhimə Nuri Yenisabah.az-a açıqlamasında bu gün mərhum həyat yoldaşının qəbrini ziyarət etdiyini bildirib: pizza hut
“Yaşarın yubileyinə mədəniyyət qurumları tərəfindən nə tədbir təşkil edildi, nə də zəng olundu. Sadəcə özüm səhər 9-da məzarını ziyarət etdim, əklil qoydum, vəssalam, qayıdıb gəldim evə. Sənət dostlarından da zəng edən olmadı, təkcə Xalq artisti Firəngiz Mütəllimova sosial şəbəkələrdə “Yaşar kaş sağ olaydı” başlıqlı paylaşım etdi, bu da təbrik sayılır. Bayaq Akademik Milli Dram Teatrına zəng etmək istəyirdim, amma zənglərimə cavab verən olmadı. Teatrın bədii rəhbər-direktoru Azər Paşa Nemətova zəng vurub soruşacaqdım ki, “Azər Paşa müəllim, teatr yoxdur? Başa düşmürəm, orada çalışan insanlara mənə zəng edib bir kəlmə demək çətindir?! Axı Yaşar Nuri həmin teatra ömrünün 40 ilini qoyub. Bu nə oyundur?”. Sonra fikrimdən vaz keçdim, düşündüm ki, niyə zəng edib kiminsə qarşısında alçalmalıyam? Ediblər, etməyiblər öz işləridir”.
Mərhum aktyorun həyat yoldaşı məhz bu gündə mədəniyyət qurumlarından zəng gözlədiyini deyib:
“Milli Məclisin Mədəniyyət komitəsindən belə quruca zəng gəlmədi. Qənirə Paşayeva komitənin sədridir, heç olmasa, o zəng edərdi. Bir zəng nədir ki… Mən heç kimdən maddi nəsə ummuram. Heç olmasa bir zənglə məni yada salmaq olardı. Sanki dünya tərsinə dönüb, ya insanların beyni çönüb, başa düşmürəm. Bilmirəm nə baş verir. İndi ümidim təkcə Cənab Prezidentədir. Nə vaxtsa Yaşar Nurinin yubileyinin keçirilməsi ilə bağlı göstəriş versə, bundan sonra kimsə tərpənər”.
Əsmətxanım
Telegram kanalımız