Yüksək maaşdan imtina edib kəndə köçdü: “Arvadımla danışmağa belə halım olmurdu“

saytların hazırlanması

Evə çatdırılma

Yüksək maaşdan imtina edib kəndə köçdü: “Arvadımla danışmağa belə halım olmurdu“

Dünya

21 Avqust 2019 11:23 1541


Ömər Mırçık adlı Türkiyə vətəndaşı uşaqlıq xəyalını gerçəkləşdirmək üçün yüksək məbləğdə maaş aldığı işindən istefa verib.

“Yeni Sabah” Türkiyə mediasına istinadən bildirir ki, 6 min lirəlik (təxminən, 1800 manat) maaşından imtina edən Ö.Mırçık kəndə köçüb və hazırda çobanlıqla məşğul olur.

Ferma yaradan Ö.Mırçık indiyə kimi 18 qoyun və 13 cins keçi alıb. Onun sözlərinə görə, sakitlik və dinclik bəzən 5-6 min lirədən öndə gəlir: pizza hut

 "Şəhər həyatı fərqlidir. 08:30-da işə başlayırdıq. Burada səhər 05:00-da oyanıram. Şəhərdə olanda həyat yoldaşımla danışmağa belə halım olmurdu. İndi isə boş vaxtlarımı kitab oxuyaraq dəyərləndirirəm. Heyvanların baxımı ilə də özüm maraqlanıram".

Sabrina


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!