Yunan baş nazir xalqdan üzr istədi

saytların hazırlanması

Evə çatdırılma

Yunan baş nazir xalqdan üzr istədi

Dünya

10 Avqust 2021 09:17 1169


Dağıdıcı yanğınlar Yunanıstan baş nazirinin xalqdan rəsmən üzr istəməsi ilə nəticələnib.

Yenisabah.az “Reuters”ə istinadl xəbər verir ki, Baş nazir Kiriakas Mitsotakis son həftə ərzində davam edən meşə yanğınları ilə mübarizədəki çatışmazlıqları etiraf etməli olub.

Ən böyük yanğın Afinanın şərqində, ölkənin ikinci ən böyük adası olan Eviyada baş verib. Sezar pizza

Hazırda Yunanıstanda 500-dən çox yanğın qeydə alınıb, onlarla kənd boşaldılıb və minlərlə insan evlərindən didərgin düşüb. 

Hökumətin alovun ram edilməsi ilə bağlı fəaliyyəti ciddi tənqidlərlə qarşılaşıb.

Kiriakas Mitsotakis televiziyada çıxış edərək açıq şəkildə üzr istəyib və səhvlərin düzəldiləcəyini vəd edib. Eyni zamanda, o, milli birliyə çağırış səsləndirib.

Yanğının söndürülməsinə kömək etmək üçün müxtəlif Avropa və qeyri-Avropa ölkələrindən xilasetmə və yanğınsöndürmə qrupları hazırda Yunanıstana gəlib. 

Ölkədə təxminən 1500 kvadrat kilometrlik meşə sahəsi məhv olub. 

Yunanıstanın cənubundakı Peloponnes yarımadasında səlahiyyətlilər cəmi 2 gün ərzində 60 kəndi boşaltmaq məcburiyyətində qalıblar.

Mütəxəssislər meşə yanğınlarını son 30 ildə ən yüksək olan istilik dalğası ilə əlaqələndirirlər. 

Yunanlar bir həftə ərzində ölkənin 2700 kvadrat kilometr ərazisini məhv edən 2007-ci ilin yanğın fəlakətinin təkrarlanmasından qorxurlar.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!