Yunanıstan “S-300”ləri İrəvana təhvil verəcək

saytların hazırlanması

Evə çatdırılma

Yunanıstan “S-300”ləri İrəvana təhvil verəcək

Dünya

26 Noyabr 2024 12:27 544


Yunanıstan Ermənistana ölkənin hava hücumundan müdafiə sistemində istifadə edilən "S-300" və Rusiya istehsalı olan digər iki silah sistemini təhvil verməyə hazırlaşır.

Yenisabah.az “Enikos”a istinadla xəbər verir ki, onlar İsrail istehsalı olan sistemlərlə əvəz ediləcək.

Yunanıstan Silahlı Qüvvələrinin rəhbərliyi Rusiya silah sistemlərini Yunanıstanın hərbi arsenalından çıxarmaq və köhnə sistemləri radikal şəkildə yeni Qərb texnologiyaları ilə əvəz etmək əzmindədir. Baş Qərargahı Ermənistanı Rusiya istehsalı olan silah sistemləri ilə təmin etmənin ilk mərhələsindədir”. pizza

Əvvəllər bu sistemlərin Ukraynaya verilə biləcəyi güman edilirdi, lakin Baş Qərargah başqa alternativləri nəzərdən keçirib. Ermənistanın müdafiəsini gücləndirmək sırf yunan təşəbbüsü deyil, Fransa ilə əməkdaşlığın məhsuludur və bu, həm də bu ölkənin silahlanmasına töhfə verəcək.

Rəsmi Afina üçün Kiyev əvəzinə İrəvanın gücləndirilməsi bir çox səbəblərə görə strateji seçimdir. Əvvəla, çox sıx müttəfiqlik əlaqələri, yaxın tarixdəki ümumi səylər, eyni zamanda, ortaq dini inanclar motivasiyası var. "Bundan əlavə, güclü Ermənistan Azərbaycanı açıq şəkildə gücləndirən barışmaz Türkiyəyə qarşı çəkici olacaq", - deyə portal hesab edir.

Rusiya sistemlərini əvəz etməli olan İsrail istehsalı olan zenit sistemləri sırasına 300 km-ə qədər mənzilli ballistik raketləri olan "David's Sling", 35-150 km mənzilli "Barak MX" və 20 mənzilli "Spyder" daxildir. "S-300" hava hücumundan müdafiə sistemi, eləcə də quru qoşunlarının zenit sistemləri - TOR-M1 və Osa-AKM də Ermənistana təhvil veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!