Yunanıstanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırıldı

saytların hazırlanması

Evə çatdırılma

Yunanıstanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırıldı

Siyasət

18 Sentyabr 2020 21:59 909


“Yunan mətbuatı səviyyəsiz, aşağılayıcı bir manşetə yol verib. Biz də Yunanıstanın Türkiyədəki səfirini nazirliyə çağırdıq”.

Yenisabah.az xəbər verir ki, Trükiyə XİN başçısı Mövlud Çavuşoğlu Anadolu  Xəbər Agentliyinə açıqlamasında belə bildirib.

Nazir bildirib ki, yunan qəzetinin manşetində Türkiyə Prezidenti haqqında təhqiramiz ifadələrə yer verilməsi ilə bağlı Yunanıstan Xarici İşlər Nazirliyinin üzürxahlığı qəbul edilsə də, Türkiyə Prezident Adminstrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsi məsələ ilə əlaqədar fəaliyyətə başlayıb: “Həqarət söz azadlığı kimi dəyərləndirilməməlidir. Yunanıstanın bir çox məsələlərdə Türkiyə əleyhinə addım atmasının səbəbi həm də yunan mediasıdır. Təəssüf ki, görünən budur. Biz lazım olan tədbirləri görəcəyik”.  /APA Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!