BMT-nin Uşaq Fondunun (UNICEF) icraçı direktoru Henrietta For vəzifəsindən istefa vermək barədə qərar qəbul edib.
Yenisabah.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Məlumata görə, bunu BMT Baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Hak mətbuat konfransı zamanı bəyan edib. Marqarita pizza
O, bildirib ki, H.For vəzifəsini tərk etmək niyyəti barədə BMT Baş katibi Antoniu Quterrişi məlumatlandırıb.
Qeyd edək ki, H.For 1 yanvar 2018-ci ildən bəri YUNİSEF-ə rəhbərlik edir. O, quruma yeni başçı təyin edilənədək vəzifəsində qalacaq.
Telegram kanalımız