“Yusuf, bura Rusiyadır. Nataşalar çoxdur“ videosuna cavab nə oldu?

saytların hazırlanması

Evə çatdırılma

“Yusuf, bura Rusiyadır. Nataşalar çoxdur“ videosuna cavab nə oldu?

İdman

20 Yanvar 2022 10:51 854


Türk futbolçu Yusuf Yazıcının CSKA-ya (Moskva) keçidi ilə bağlı hazırlanan video qalmaqala səbəb olub.  

Yenisabah.az xəbər verir ki, videoda 24 yaşlı futbolçuya Rusiya klubu tərəfindən tez-tez mesaj göndərildiyi, lakin oyunçunun buna cavab vermədiyi görünür.

Mesajlara cavab verilmədiyini görən Moskva  təmsilçisi "Yusuf bura Rusiyadır. Nataşalar çoxdur" - deyə yenidən ismarıc yollayıb. pizza sifarişi

Yusuf bu dəfə mesajı cavabsız qoya bilməyib. "Yoldayam. 5 dəqiqəyə çatıram" - yazıb.

Azarkeşlərin sərt təpkisindən sonra video silinib. CSKA (Moskva) klubunun televiziyasının aparıcısı Katerina Kirilçeva paylaşıma görə üzr istəyib. "Zamanın az olması səbəbindən belə bir video hazırlandı. Azarkeşlərimizdən, qadınlardan və Yusufdan üzr istəyirik".

Qeyd edək ki, Moskva klubu Yusuf Yazıcını "Lill"dən icarə əsasında heyətinə qatıb. 

Mehri QURBAN


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!