Yüzlərlə insan peyvənd əleyhinə aksiya keçirdi   - Slovakiyada

saytların hazırlanması

Evə çatdırılma

Yüzlərlə insan peyvənd əleyhinə aksiya keçirdi - Slovakiyada

Dünya

30 İyul 2021 10:53 1101


Slovakiyanın paytaxtı Bratislavada yüzlərlə vətəndaş koronavirus peyvəndi əleyhinə Prezident iqamətgahı qarşısında etiraz aksiyası keçirib.

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, etirazda həm prezidenti, həm də digər hökumət və parlament üzvlərini günahlandıran nümayişçilər, Covid-19 peyvəndi ilə soyqırım törədildiyini və sözügedən qanunun insan haqlarını məhdudlaşdırdığını iddia etdiblər.

“Pandemiya bir hiylədir və Covid-19 testi və peyvəndi ölkəni hədəf alır” yazılan plakatlar daşıyan nümayişçilər tez-tez “Peyvənd cinayətdir, maskalar aşağı, başlar yuxarı ”şüarları səsləndiriblər. İnsident günorta saatlarına qədər davam edib. Pepperoni pizza

Qeyd edək ki, ötən gün Slovakiya prezidenti Caputova virusun getdikcə yayıldığını nəzərə alaraq, ictimai iaşə obyektlərinə getmək üçün Covid19 pasportu tələb edilməsi ilə bağlı qanun imzalayıb.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!