Azərbaycanlı kikboksçu Zabit Səmədov peşəkar karyerasını başa vurub.
Yenisabah.az xəbər verir ki, "Mauqli" ləqəbli kikboksçu braziliyalı sabiq UFC idmançısı Antonio Silvaya 1-ci raundda nokautla qalib gəlməklə kəmərə sahib olub.
Əvvəlcədən də məlum olduğu kimi, bu, Zabit Səmədovun son döyüşü olub. İdmançı karyerasını bitirib. Sezar pizza
Qeyd edək ki, 38 yaşlı Zabit Səmədov karyerası ərzində 113 döyüş keçirib. O bunlardan 103-də qalib gəlib. Bu qələbələrdən 38-i nokautla qeydə alınıb.
Telegram kanalımız