Zabratda yol qəzası: sürücü öldü, iki nəfərin vəziyyəti ağırdır

saytların hazırlanması

Evə çatdırılma

Zabratda yol qəzası: sürücü öldü, iki nəfərin vəziyyəti ağırdır

Hadisə

29 Noyabr 2025 16:09 813


Bu gün saat 04:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.

Bu bərədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Dördpendirli pizza

“Briqada tərəfindən 2-si qadın, 3-ü kişi olmaqla 5 nəfər müştərək travmalar diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub.

Hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

Sabunçu Tibb Mərkəzində zəruri tibbi xidmətlər göstərən 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. 2 nəfərin müalicəsi isə Reanimasiya şöbəsində davam etdirilir, vəziyyətləri ağırdır”, - məlumatda qeyd edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!