Zakir Həsənov əmr imzaladı: Ehtiyatda olan hərbçilər orduya çağırıldı 

saytların hazırlanması

Evə çatdırılma

Zakir Həsənov əmr imzaladı: Ehtiyatda olan hərbçilər orduya çağırıldı 

Rəsmi

12 Fevral 2024 10:53 4655


Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, "N" hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin iştirakı ilə keçirilən növbəti təlim toplanışı başlayıb. 

Müdafiə Nazirliyindən Yenisabah.az verilən xəbərə görə, toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçən ehtiyatdan çağırılan hərbi vəzifəlilər hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin olunublar. 

Qeyd edək ki, toplanış çərçivəsində hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının daha da artırılması məqsədilə müxtəlif tapşırıqlar yerinə yetiriləcək.  Marqarita pizza

Toplanışda əsas məqsəd onların döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzun arsenalında olan müasir silah və hərbi texnika ilə yaxından tanış etmək, istismar qaydalarını öyrətməkdir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Babayev Ataniyaz
    Mende ehtiyatda olan herbiciyem daxili qoşunlarin xüsusi teyinatlı desdesinde qulug etmişem men nece müraciyet edib qoşula bilerem
    2 years ago