Zakir Həsənov Gürcüstan Parlamentinin sədri ilə görüşdü - Foto

saytların hazırlanması

Evə çatdırılma

Zakir Həsənov Gürcüstan Parlamentinin sədri ilə görüşdü - Foto

Rəsmi

21 Yanvar 2020 16:54 1188


Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri çərçivəsində yanvarın 21-də general-polkovnik Zakir Həsənovla Gürcüstan Parlamentinin sədri cənab Arçil Talakvadze arasında görüş keçirilib.

Nazirlikdən "Yeni Sabah"a daxil olan məlumata görə, Azərbaycan-Gürcüstan münasibətlərinin dostluq, qarşılıqlı etimad üzərində qurulduğunun bildirildiyi görüşdə dövlət başçılarının mütəmadi işgüzar görüşləri və səfərlərinin əlaqələrimizin daha da güclənməsinə təkan verdiyi xüsusi qeyd olunub. Tərəflər qarşılıqlı maraqlara cavab verən bu münasibətlərin regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsinə xidmət etdiyini bildiriblər.

Görüşdə həmçinin terrorizmə və separatizmə qarşı mübarizə aparan ölkələr olaraq Azərbaycan ilə Gürcüstan arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsinin və bu məsələlərdə qarşılıqlı dəstəyin vacib olduğu bir daha vurğulanıb. pizza sifarişi

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!