Zaqatalada beşotaqlı ev yandı

saytların hazırlanması

Evə çatdırılma

Zaqatalada beşotaqlı ev yandı

Hadisə

14 Aprel 2023 21:28 738


Zaqatalada beşotaqlı fərdi yaşayış evi yanıb.

Yenisabah.az xəbər verir ki, yanğın hadisəsi bu gün axşam saat 18:40-da rayonun Əliabad qəsəbəsində, qəsəbə sakini Fatimə İsa qızı Arzumanova məxsus, ümumi sahəsi 120 kvadratmetr olan kürsülü birmərtəbəli 5 otaqdan ibarət fərdi yaşayış evində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisində olan ev əşyaları ilə birlikdə yanıb. Evin yaxınlığındakı digər tikililər yanğından xilas edilib. Yanğın zamanı xəsarət alan olmayıb. pizza sifarişi

Faktla bağlı araşdırma aparılır./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!