Zaqatalada minik avtomobili aşdı, ölən var

saytların hazırlanması

Evə çatdırılma

Zaqatalada minik avtomobili aşdı, ölən var

Hadisə

10 Yanvar 2026 19:54 539


Zaqatalada minik avtomobili aşıb, ölən var.

"Yeni Sabah" xəbər verir ki, hadisə axşam saat 19 radələrində Zaqatala-Qax avtomobil yolunun Zaqatalanın Yeni Suvagil kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, Qaxdan Zaqatala şəhəri istiqamətində hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb. Dördpendirli pizza

Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Bərdə rayon sakini Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusuna daxil olan an ölüb.

Faktla bağlı araşdırma aparılır./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!