Zaqatalada narkotacir tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Zaqatalada narkotacir tutuldu

Kriminal

12 Aprel 2022 09:41 601


Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi və Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat zamanı rayon ərazisində psixotrop maddələrin satışı ilə məşğul olan əvvəllər bir neçə dəfə məhkum edilmiş şəhər sakini Yusif Həbilov tutulub. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, onun üzərinə keçirilən baxış zamanı Y.Həbilovdan sellofan torbada satış məqsədilə külli miqdarda psixotrop maddə olan metamfetamin aşkarlanıb.

Saxlanılan şəxs barəsində Zaqatala Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Marqarita pizza

Məhkəmənin qərarı ilə Y.Həbilov barəsində həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!